Laura Lokman Azərbaycana səfər etdibackend

ABŞ-ın Energetika Resursları Bürosu katibinin köməkçisinin müavini Laura Lokman hökumət rəsmiləri ilə görüşlərdə və “Bakı Enerji Həftəsi” tədbirində iştirak etmək üçün Azərbaycana səfər edib.

“Yeni Gündəm” xəbər verir ki, bu barədə ABŞ-ın Azərbaycandakı səfirliyi məlumat yayıb.

Qeyd olunub ki, Energetika Resursları Bürosunun əsas vəzifələrindən biri ABŞ-ın Azərbaycanla və digər ölkələrlə enerji əlaqələrinin gücləndirilməsidir.