Lavrov: “ABŞ Əfqanıstandakı vəziyyətdən dərs çıxarmalıdır”backend

ABŞ Əfqanıstandakı vəziyyətdən dərs çıxarmalıdır.

Bu barədə Rusiyanın xarici işlər naziri Sergey Lavrov Romada italiyalı həmkarı ilə birgə mətbuat konfransında bildirib.

“Qərbli həmkarlarımız həmişə səyləri birləşdirmək və ortaq cavablar axtarmaq istəyirlər. Bir neçə gün əvvəl məndən artıq bu barədə soruşmuşdular. İraqdan, Liviyadan və indi də Əfqanıstandan sonra bir dərs çıxarılmalıdır. Başqasının dəyərlər sistemini tətbiq etmək cəhdləri çox təhlükəlidir”, – deyə S. Lavrov vurğulayıb.