Lavrov Ankara və İrəvana səfər edəcəkbackend

Rusiyanın xarici işlər naziri Sergey Lavrov gələn həftə Türkiyə və Ermənistana səfər edəcək.

Bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bu gün keçirdiyi mətbuat konfransı zamanı bildirib.

O qeyd edib ki, Lavrovun Türkiyə rəsmiləri ilə görüşmək üçün iyunun 8-də Ankaraya işgüzar səfəri olacaq.

“Regional və beynəlxalq məsələlər, ilk növbədə Ukraynadakı mövcud vəziyyət, Suriya, Liviya, Qarabağdakı vəziyyət, Balkanlar, Əfqanıstan və Mərkəzi Asiyadakı vəziyyətlə bağlı fikir mübadiləsi aparılacaq”, – deyə o bildirib.

İyunun 10-da Sergey Lavrov İrəvanda KTMT Xarici İşlər Nazirləri Şurasının iclasında iştirak edəcək. O, həmçinin ikitərəfli görüşlər keçirəcək.

Publika.az