Lavrov: “Azərbaycanın razılığı olmadan Aİ missiyasının yerləşdirilməsi səmərəli olmayacaq”backend

“Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) missiyası tam hazırdır, lakin Ermənistan tərəfi orada uzunmüddətli əsasda missiyanın yerləşdirilməsinə dair Avropa İttifaqı ilə danışıqlara üstünlük verir. Azərbaycanın razılığı olmadan bu missiyanın yerləşdirilməsi səmərəli olmayacaq”.

Bunu xarici işlər naziri Sergey Lavrov Rusiya diplomatiyasının 2022-ci ildəki fəaliyyətinin yekunlarına dair mətbuat konfransında deyib.

O vurğulayıb ki, Rusiyanın Ermənistanla mürəkkəb münasibətləri var: “Bizim Ermənistandakı mövcud vəziyyətlə bağlı çətinliklərimiz var. KTMT missiyası ilə bağlı sənədi qəbul etmək mümkün olmadı”.

S.Lavrov vurğulayıb ki, rəsmi Moskvanın hələ də Ermənistan-Azərbaycan sərhədinin Ermənistan hissəsinə KTMT missiyasını göndərmək istəyi var./Report