Lavrov Bakıya nə üçün gəlir?backend

Xəbər verdiyimiz kimi, fevralın 27-28 də Rusiya Federasiyasının Xarici İşlər naziri Sergey Lavrov Azərbaycanda səfərdə olacaq.

“Yeni Gundem” rus mediasına istinadən xəbər verir ki,Rusiya XİN rəhbərinin səfər proqramı açıqlanıb.

Sergey Lavrovun Azərbaycana səfəri zamanı Prezident İlham Əliyev tərəfindən qəbul ediləcəyi gözlənilir.

Həmçinin, Lavrov xarici işlər naziri Ceyhun Bayramovla danışıqlar aparacaq.

Danışıqlar zamanı müttəfiqlik münasibətlərinin inkişafı, o cümlədən Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması məsələləri üzrə fikir mübadiləsinin aparılması planlaşdırılır.

Sergey Lavrov “XXI əsrdə Rusiya-Azərbaycan münasibətləri: regional təhlükəsizlik kontekstində strateji tərəfdaşlıq” tematik konfransında da iştirak edəcək. Bu tədbir Rusiya-Azərbaycan Ekspert Şurasının üçüncü iclası çərçivəsində keçiriləcək və iki ölkə arasında münasibətlərin müttəfiqlik səviyyəsinə çatmasının ildönümünə həsr olunacaq.

Fərahim Rəhimov