Lavrov Ermənistana gedirbackend

Rusiya Xarici İşlər Naziri Sergey Lavrov bu gün İrəvana rəsmi səfərə gedəcək.

“Yeni Gündəm” “Sputnik Armenia”ya istinadən xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, səfər iki gün olacaq və bu müddət ərzində Ermənistanın Baş Naziri Nikol Paşinyan, Ermənistan Prezidenti Vaaqn Xaçaturyan, həmçini Ermənistan Xarici İşlər Naziri Ararat Mirzoyanla görüşlər keçiriləcək.