Lavrov: Oteldəyəm – VİDEO – YENİLƏNDİbackend

Rusiya xarici işlər naziri Sergey Lavrov Bali adasında xəstəxanaya yerləşdirilməsi ilə bağlı mətbuatda yayılan məlumatlara münasibət bildirib.

Lavrov hazırda oteldə olduğunu və sabahkı sammit üçün materialları oxuduğunu söyləyib.

“Mən oteldə sabahkı sammit üçün materialları oxuyuram”, – deyə Lavrov Rusiya XİN sözçüsü Mariya Zaxarovanın telegram kanalında qısa qol köynək və şortla paylaşdığı videoda bildirib.

***

13:23

Rusiyanın xarici işlər naziri Sergey Lavrov Balidə keçirilən G20 sammitinə gəldikdən sonra xəstəxanaya yerləşdirilib.

Bu barədə AP-nin reportyoru İndoneziya rəsmilərinə istinadən məlumat yayıb.

İndoneziya rəsmiləri bildirib ki, Rusiyanın xarici işlər naziri Sergey Lavrov səhhətində problem yarandığı üçün xəstəxanaya aparılıb. İndoneziya hökumətinin üç rəsmisi və tibb işçisi Associated Press agentliyinə rus diplomatın müalicə olunduğunu bildirib.

Mənbələrdən ikisi Lavrovun ürək xəstəliyindən müalicə olunduğunu deyib.

APA