Lavrov Qarabağ razılaşmalarının əsas nəticəsini açıqladıbackend

“Qarabağda hərbi əməliyyatların tam dayandırılması haqqında ötən il Rusiya, Azərbaycan və Ermənistan arasına əldə olunmuş razılaşmaların əsas nəticəsi münaqişə zonasına sabitliyin əldə olunmasıdır”.

“Yeni Gündəm” xəbər verir ki, bunu Rusiya XİN rəhbəri Sergey Lavrov bildirib.

Nazirin sözlərinə görə, Rusiyanın sülhməramlı qüvvələri regionda əldə olunmuş sabitliyin saxlanılmasına töhfəsini verir: “Hazırda heç bir zorakılıq aktlarının şahidi olmuruq. İlkin mərhələdə meydana gələn kiçik insidentlər həllini tez tapırdı. Bir daha vurğulamaq istəyirəm ki, hazırda orada vəziyyət sabitdir”.

S.Lavrov həmçinin regiona işçigüzar səfərlərin bərpası ilə bağlı ATƏT-in Minsk qrupu həmsədrlərinin Nyu-Yorkda rəsmi Bakı və İrəvanla razılıq əldə etdiyini bildirib