Lavrov: “Rusiya şirkətlərinin Azərbaycan ərazilərinin bərpasına qoşulmasında maraqlıyıq”backend

Rusiya iqtisadi operatorlarının Azərbaycan ərazilərinin postmünaqişə bərpasına qoşulmasında maraqlıyıq.

Bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib.

“Biz Rusiyanın iqtisadi operatorlarının Azərbaycan ərazilərinin münaqişə sonrası bərpasına qoşulmasında maraqlı olduğumuzu təsdiq edirik”, – Rusiya XİN başçısı vurğulayıb.