Lavrov şərtləri açıqladıbackend

“Əgər Gürcüstan Rusiya ilə qonşu kimi normal yaşamaq istəyirsə, Moskva münasibətləri bərpa etməyə hazırdır”.

“Yeni Gündəm”-in xəbərinə görə, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov “MQİMO”-da tələbələrin qarşısında çıxışı zamanı deyib.

O qeyd edib ki, əgər Gürcüstan həqiqətən də Qərbin himayəsini qorumaq üçün Rusiya kartını oynamasa, eyni zamanda, qonşu kimi normal yaşamaq istəsə, Rusiya münasibətləri hər an bərpa etməyə hazırdır.