Lavrov Türkiyədədirbackend

Rusiya xarici işlər naziri Sergey Lavrov türkiyəli həmkarı Mövlud Çavuşoğlunun dəvəti ilə Ankaraya gəlib.

“Yeni Gundem” Xarici KİV-ə istinadən xəbər verir ki, Sergey Lavrov səfər çərçivəsində enerji, Ukrayna, taxıl sazişi, Dağlıq Qarabağ, həmçinin Ankara ilə Dəməşq dialoqu məsələlərini müzakirə edib.

Rusiya Xarici İşlər Nazirliyi çərşənbə günü Lavrov və Çavuşoğlunun turizm mövsümündə Türkiyədəki rusların təhlükəsizliyini də müzakirə edəcəyini açıqlayıb.

Fərahim Rəhimov