Lavrov: “Yeni regionların Rusiyaya birləşməsi BMT Nizamnaməsinə tam uyğundur”backend

Qərb ölkələrinin Rusiyaya yeni regionların daxil olmasını tanımaması Rusiya üçün qətiyyən prinsipial deyil, lakin onlar yeni reallığı dərk etsələr, daha düzgün olardı.

Bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib.

“Bütün dünya ölkələrinin qaçılmaz olan yeni reallığı dərk etməsi daha düzgün olardı. Bunun üçün çox sayda hüquqi arqumentlər, o cümlədən bərabərlik və xalqların öz müqəddəratını təyin etmə prinsipini təsbit edən BMT Nizamnaməsi, o cümlədən, hər kəsin öz müqəddəratını təyinetmə hüququnu tanıyan və bir ölkənin ərazisində yaşayan bütün xalqı təmsil edən hökumətlərə malik olan dövlətlərin ərazi bütövlüyünə hörmət etməli olduğunu açıq şəkildə bildirən Baş Assambleyasının bəyannaməsi var”, – Rusiya XİN başçısı vurğulayıb.

Lavrov onu da bildirib ki, Donbas regionu, Zaporojye və Xerson vilayətlərinin Rusiya Federasiyasına birləşməsi ilə bağlı keçmiş referendumlar BMT Nizamnaməsində təsbit olunmuş prinsiplərə tam uyğundur.

APA