Lavrovdan daha bir açıqlama: “Yeddi rayon…”backend

“Əgər Qarabağla bağlı əvvəllər diplomatik danışıqlara nail olunsaydı, yeddi rayon onsuz da Azərbaycana veriləcəkdi, ancaq sülh yolu ilə”.

“Yeni Gündəm”-in xəbərinə görə, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov yerli və xarici media nümayəndələrinə müsahibəsində bildirib.

“Biz bütün münaqişənin ATƏT-in Minsk Qrupunun həmsədrlərinin işləyib hazırladıqları prinsiplər əsasında çoxdan həll olunmasını istəyirdik. Əgər o yolla gedilsəydi, nəticə yəqin ki, praktiki olaraq indiki kimi olacaqdı. Əvvəl beş rayonun, daha sonra iki rayonun azad olunması… Lakin birincisi bu qansız başa gələcəkdi, ikincisi isə bu siyasi həll yolu ilə birlikdə baş verəcəkdi”, – deyə Rusiya XİN başçısı vurğulayıb.APA