Lavrovla Blinken arasında ilk telefon danışığı olubbackend

Rusiyanın xarici işlər naziri Sergey Lavrovla ABŞ-ın dövlət katibi Entoni Blinken arasında ilk telefon danışığı olub.

Bu barədə “Yeni Gündəm” Rusiya Xarici İşlər Nazirliyinə istinadən xəbər verir.

S.Lavrov E.Blinkeni yeni vəzifəyə təyin olunması münasibətilə təbrik edib və eyni zamanda, müxtəlif mövzularda konstruktiv dialoqa hazır olduğunu bildirib.

Lavrov və Blinken, həmçinin Açıq Səma Müqaviləsinin perspektivlərini müzakirə ediblər.

Tərəflər Rusiya ilə ABŞ arasında koronavirus peyvəndlərinin hazırlanması ilə bağlı əməkdaşlığın qurulmasının tərəfdarı olduqlarını bildiriblər.

Lavrov ABŞ dövlət katibinə Moskvanın ikitərəfli münasibətlərin normallaşdırılması üzrə birgə işə hazır olduğunu təsdiqləyib.

Lavrov və Blinken daimi iş əlaqələrini saxlamaq barədə razılığa gəliblər.