Lənkəran şəhərində Ümumilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyi ilə əlaqədar tədbirlər keçirilibbackend

Lənkəran şəhərində Ümumilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyi ilə əlaqədar tədbirlər davam edir.

Bu gün mayın 10-unda Lənkəran şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov, deputat Rüfət Quliyev, deputat Cavanşir Paşayev, Lənkəran rayonunun fəalları, şəhid ailələrinin üzvləri, qazi və veteranlar, ictimai nümayəndələr Lənkəran şəhər Heydər Əliyev xatirə parkında Ümumilli Liderin abidəsini ziyarət edib, önünə tər güllər düzüb, dahi şəxsiyyətə olan hörmət və ehtiramlarını ifadə ediblər.

Daha sonra Heydər Əliyev mərkəzində Ulu öndərin həyat və fəaliyyəti ilə bağlı foto sərgiyə baxış keçirilib. Heydər Əliyev muzeyi ziyarət olunub Ümimilli Liderin büstü önünə gül dəstələri düzülüb. Təsdiq olunmuş tədbirlər planına uyğun olaraq Lənkəran rayonunda müxtəlif istiqamətlər üzrə Ümumilli Liderin həyat və fəaliyyətinə dair silsilə tədbirlər davam etdirilib. Mayın 10-unda Lənkəran şəhər Mədəniyyət Mərkəzində “Ulu Öndər Heydər Əliyevin irsi milli sərvətimizdir” mövzusunda konfrans keçirilib. Dövlət Himninin səsləndirilməsindən sonra Lənkəran şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov “Ulu Öndər Heydər Əliyevin irsi milli sərvətimizdir” mövzusunda məruza ilə çıxış edib. Natiq qeyd edib ki, xalqımız yeni əsrə və minilliyə məhz Heydər Əliyev zəkasının işığında qədəm qoyub.
Məruzədən sonra Ulu Öndərin həyatı və siyasi fəaliyyətinə həsr olunan film nümayiş olunub.