Lənkəranda məktəbliləri maşın vurdu – ANBAAN VİDEObackend

Lənkəranda məktəbliləri maşın vurub.

Qaynarinfo-nun əldə etdiyi məlumata görə, hadisə Şağlaser kəndində baş verib.

Ötən gün günorta saatlarında məktəbdən çıxıb evlərinə yollanan məktəbliləri yolu keçərkən “Vaz 2107” markalı avtomobil vurub. Bir azyaşlı orta, digər məktəbli ağır dərəcəli bədən xəsarəti alıb. Onlar xəstəxanaya yerləşdirilib.

Azyaşlılardan birində beyin əməliyyatı aparılıb, vəziyəti pisdir.