Lerik rayonunun yeni icra başçısı kimdir?backend

Xəbər verdiyimiz ki, Prezident İlham Əliyevin bu gün imzaladığı sərəncamla Əkbər Bəxtiyar oğlu Abbasov Lerik Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.

Əkbər Abbasov daha əvvəl Kənd Təsərrüfatı Nazirliyinin nəzdində Aqrar Elm və İnnovasiya Mərkəzinin direktor müavini, daha sonra isə direktoru vəzifəsində çalışıb. Eyni zamanda onun adına 2004-2005-ci illər üçün Prezident təqaüdçülərinin sırasında da rast gəlmək mümkündür.