Martın 8-də Latviya Prezidenti Egils Levits Azərbaycana rəsmi səfərə gəlib.
“Yeni Gundem” xəbər verir ki, Azərbaycan və Latviyanın Dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb.
Ali qonağı Baş nazirin birinci müavini Yaqub Eyyubov, xarici işlər nazirinin müavini Xələf Xələfov və digər rəsmi şəxslər qarşılayıblar.
Fərahim Rəhimov