“Lex”in “Qarabağ”la oyun üçün səfər proqramıbackend

UEFA Çempionlar Liqasının birinci təsnifat mərhələsinin cavab oyununda Ağdamın “Qarabağ” klubu ilə Bakıda qarşılaşacaq Polşanın “Lex” komandasının səfər proqramı məlum olub.

“Yeni Gündəm” xəbər verir ki, Polşa klubu iyulun 11-də səhər saatlarında Poznan şəhərindən paytaxtımıza birbaşa çarter reysi ilə gələcək. “Lex” Bakıya çatmaq üçün 4,5 saat yol qət edəcək. Komanda oyundan dərhal sonra Bakıdan ayrılacaq.

Qeyd edək ki, iyulun 12-də Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək “Qarabağ” – “Lex” matçı saat 20:00-da başlayacaq. Bu komandalar arasındakı ilk oyun “Lex”in 1:0 hesablı qələbəsi ilə başa çatıb.