Leyla Abdullayeva Ermənistanın ittihamlarına cavab verdibackend

“Ermənistan növbəti saxta ittihamla çıxış edib”.

“Yeni Gundem” xəbər verir ki, bunu Azərbaycan Xarici İşlər Nazirliyinin sözçüsü Leyla Abdullayeva tviter səhifəsində yazıb.

O vurğulayıb ki, İrəvan eyni ssenarini təkrarlayır: “Ermənistan atəşkəsi pozur, Azərbaycan adekvat tədbirlər gördükdə isə bizi ittiham edirlər”.

XİN sözçüsü bildirib ki, bu, Ermənistanın danışıqları pozmaq üçün yeni bəhanəsidir: “Ermənistandan fərqli olaraq Azərbaycan gərginlikdə maraqlı deyil”.