Leyla Abdullayeva Fransa parlamentinin deputatlarına səsləndi – FOTObackend
Azərbaycanın Fransadakı səfiri Leyla Abdullayeva Fransa parlamentinin ermənipərəst deputatlarının “Le Monde” qəzetində Laçın yolu ilə bağlı çağırışına münasibət bildirib.
“Yeni Gundem” xəbər verir ki, diplomat bununla bağlı “Twitter”də paylaşım edib.
O bildirib ki, Qarabağ, o cümlədən Laçın yolu Azərbaycanın suveren torpağıdır.
Səfir diqqətə çatdırıb ki, Qarabağ erməniləri Azərbaycan vətəndaşları sayılırlar.
Leyla Abdullayeva fransalı parlamentariləri sülh səylərini dəstəkləməyə çağırıb.