Leyla Abdullayeva Fransanın Azərbaycandakı yeni səfiri ilə görüşdübackend

Azərbaycanın Fransadakı səfiri Leyla Abdullayeva Fransanın Azərbaycana yeni təyin olunan səfiri Ann Buayon (Anne Boillon) ilə görüşüb.

“Yeni Gundem” xəbər verir ki, bu barədə L.Abdullayeva “Twitter”də yazıb.

“Azərbaycana yola düşməzdən əvvəl səfir Ann Buayon ilə səmimi və çox faydalı fikir mübadiləsi apardıq. Səfirə mühüm missiyasında uğurlar arzulayıram”, – o bildirib.