Leyla Abdullayeva İsrailin Fransadakı səfiri ilə görüşdübackend

Azərbaycanın Fransadakı səfiri Leyla Abdullayeva İsrailin bu ölkədəki səfiri Yael Germanla görüşüb.

“Yeni Gundem” xəbər verir ki, bunu azərbaycanlı diplomat tviterdə yazıb.

L.Abdullayeva həmkarı ilə görüşməkdən məmnunluğunu bildirib və sülh, firavanlıq üçün birlikdə çalışacaqlarını vurğulayıb.