Leyla Əliyevadan Yeni il təbrikibackend

Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva Azərbaycan xalqını Yeni il münasibətilə təbrik edib.

“Yeni Gündəm” xəbər verir ki, Leyla Əliyeva bu barədə İnstaqramda paylaşım edib.

“Əziz dostlar, sizi qarşıdan gələn Yeni il münasibətilə təbrik edirəm! Sizə xoşbəxtlik, cansağlığı və gözəl günlər arzu edirəm! Qoy Allah hamınızı qorusun, daha yaxşı və xeyirxah olmaqda bizə kömək etsin! İnanıram ki, 2022-ci il işıqlı və sevgi dolu olacaq! Çox sağ olun! Sizi çox sevirəm!”, – paylaşımda qeyd edilib.