Leyla Əliyevanın yorulmaz ictimai-siyasi fəaliyyəti Azərbaycan gəncliyinə örnəkdirbackend

Leyla Əliyeva özündə Azərbaycan gənclərinin ən yaxşı keyfiyyətlərini birləşdirir.

Leyla Əliyeva 2011-ci ildən Heydər Əliyev Fondunun Vitse prezidentidir.Leyla xanım Ata Ana qayğısından məhrum olmuş uşaqlara, yaşlı insanlara, məcburi köçkünlərə böyük yardımlar göstərib. Leyla Əliyevanın təşəbbüsü ilə 2008-ci ildən başlayan “Xocalıya ədalət” beynalxalq təbliğat təşviqat kompaniyası çərçivəsində hər il silsilə tədbirlər reallaşdırır.

Xocalıya ədalət kompaniyasının məqsədi qətliam haqqında həqiqətlərin dünyaya yayılmasına, faciənin Azərbaycan xalqına qarşı soyqırım kimi tanınmasına nail olmaqdır.
​Leyla Əliyeva bir çox lahiyələrə imza atıb.

Leyla Əliyevanın lahiyələrindən biri “Xocalıya” ədalət kompaniyası olub. Avropada xocalı soyqırımının, həqiqətlərini insanlara çatdırılmasında böyük əmək sərf edib. Leyla Əliyeva uşaq evlərinin inşa edilməsi və yenidən qurulması, orta və ali məktəblərin dərsliklərlə təmin olunması, internat məktəblərində xeyriyyə tədbirlərinin həyata keçirilməsini, diabetli, tolassemiyalı xəstələrə qayğı və onların müalicəsinin təşkil edilməsində yetərincə əməyi olub.Leyla Əliyevanın mühüm addımlarından biridə mənəvi dəyərlərimizin qorunması və təbliği, mədəniyyətlər arası dialoqun təşviqi, dini məbədlərin qorunması və bərpasına dəstək verilməsidir.
​Həqiqətəndə Leyla Əliyeva haqqında danışmaq böyük məsuliyyət tələb edir.
​Leyla Əliyeva müsahibələrinin birində deyib ki, insanın bütün xüsusiyyətləri lap əvvəldən, doğulduğu andan müəyyən olunur.Nəyin düzgün, nəyin yanlış olduğunu anlamaq qabiliyyəti Ulu tanrı tərəfindən bəxş edilir, və həyatda məhz bu anlayışları əsas götürmək, öz qəlbinin, öz vicdanının səsini, əcdadlarının çağırışını dinləmək lazımdır.Yalnız bu halda heç vaxt səhv etməzsən…Bu müəyyən mənada şəxsiyyətin əxlaq kondeksidir.
Leyla Əliyeva Azərbaycanın milli dəyərlərindən ruh alaraq, nənələrimizin, analarımızın həyat yolunu davam etdirməkdədir.

Məqaləni hazırladı: “Yeni Gündəm” redaksiyası.