Leyla Quliyeva: “Müqəddəs Valentin canfəşanlığını heç başa düşmürəm”backend

Aparıcı Leyla Quliyeva xristian bayramlarının qeyd edilməsini tənqid edib.

“Yeni Gundem” xəbər verir ki, sosial şəbəkə hesabında bu barədə paylaşım edən aparıcı həmin bayramları qeyd edənlərdən gileylənib:

“Burada Köhnə Yeni il təbriki ola bilərdi, amma bütün digər simvolikalar kimi bunu da başa düşmürəm. Ay bu Yulian təqvimidir, bu biri Qriqorian. Eh!.. Təqvim dəyişir? Lap yaxşı! Rəqəmlər dəyişir? Əla! Nəyisə qeyd etmək istəyirsiniz? Edin də! Gərək mütləq adı olsun bayramın?”

Daha sonra o, qarşıdan gələn 14 Fevral Sevgililər Gününün qeyd edilməsini tənqid edib:

“Hələ bir aydan sonra Müqəddəs Valentin canfəşanlığı başlayacaq. Onu heç başa düşmürəm”.