Lider TV-nin yayımı bərpa olundubackend

Lider Televiziyası yayımını bərpa edib.

“Yeni Gündəm” xəbər verir ki, kanal təxminən 30 dəqiqə öncə yenidən fəaliyyətə başlayıb. Hazırda televiziyanın efirində “Mövqe” proqramı yayımlanır.

Qeyd edək ki, dünən saat 22:01-də “Gecənin sehri” adlı veriliş başlayarkən telekanalın efiri yarımçıq kəsilmişdi.

Milli Televiziya və Radio Şurasının (MTRŞ) Aparat rəhbəri Asəf Hacıyev telekanalın yayımının dayandırılması ilə bağlı “Qafqazinfo”ya açıqlamasında yayımın dayanmasına daxili texniki problemin səbəb olduğunu bildirmişdi.