“Lider” TV-nin yayımı dayandırıldı – Videobackend

Azərbaycanda “Lider” telekanalının yayımı dayandırılıb.

“Yeni Gündəm” Axşam.az-a istinadən xəbər verir ki, bir az öncə telekanal fəaliyyətini dayandırıb. Məsələ ilə bağlı təfərrüatlar hələlik bəlli deyil.

Saat 22:01-də “Gecənin sehri” adlı veriliş başlayarkən telekanalın efiri yarımçıq kəsilib.

Qeyd edək ki, uzun müddətdir telekanalda ciddi maliyyə problemləri yaşanırdı.

Xatırladaq ki, “Lider” telekanalı 2000-ci ildən fəaliyyət göstərirdi. Kanalın rəhbəri Ədalət Əliyevdir.