Lirə kəskin ucuzlaşdıbackend

Noyabrın 18-də Türkiyə lirəsinin Azərbaycan manatına qarşı rəsmi məzənnəsi daha 4% azalaraq 0,1565 manata enib ki, bu da yeni tarixi minimum sayılır.

Azərbaycan Mərkəzi Bankının göstəriciləri əsasında apardığı hesablamalarına görə, lirənin manata qarşı məzənnəsi son bir ayda 13,9% azalıb. Hazırda 1 manat 6,39 lirəyə bərabərdir.

APA