Lirə manata nəzərən kəskin ucuzlaşdıbackend

Azərbaycan Mərkəzi Bankı 31 may tarixindən etibarən valyuta məzənnələrini açıqlayıb.

Mərkəzi Bankdan “Yeni Gündəm”-ə verilən məlumata görə, bu günə olan rəsmi məzənnələr bülleteninə əsasən, ABŞ dollarının rəsmi məzənnəsi 1.7000 manat təşkil edir.

Manata nəzərən avronun məzənnəsi 2.0738, türk lirəsi 0.1983, rus rublu 0.0232, 100 İran rialı 0.0040, gürcü larisi 0.5195 manatdır.