Lirənin manata qarşı məzənnəsi tarixi minimuma endibackend

Sentyabrın 29-da Türkiyə lirəsinin Azərbaycan manatına qarşı rəsmi məzənnəsi 0,16% azalaraq 0,1914 manat təşkil edib. Bu, yeni tarixi minimumdur.

“Yeni Gündəm” xəbər verir ki, Azərbaycan Mərkəzi Bankının göstəriciləri əsasında apardığı hesablamalarına görə, 2006-cı ildə Azərbaycanda baş verən denominasiyasından sonra lirə ilk dəfədir ki, sözügedən səviyyəyə enib. Sentyabr ayında lirənin manata qarşı orta məzənnəsi 0,1995 manat təşkil edib. Bu, avqust ayı ilə müqayisədə 0,4% azdır.

Mərkəzi Bank bankomatlarda tədavülə yararsız pul nişanlarının olmasına münasibət bildirib

Qeyd edək ki, indiyədək (denominasiyadan sonra – red.) lirənin manata qarşı ən yüksək dəyəri 2008-ci ilin yanvarın 15-də qeydə alınıb – 0,7363 manat. Son 10 ildə isə lirənin manata qarşı məzənnəsinin pik həddi 2011-ci ilin mayın 19-da qeydə alınıb – 0,5026 manat.

Xatırladaq ki, sentyabrın 23-də Türkiyə Mərkəzi Bankının uçot dərəcəsini gözlənilmədən (illik inflyasiyanın avqustda yüksək səviyyədə (19,25%) olmasına baxmayaraq) 19%-dən 18%-ə azaltdıqdan sonra sentyabrın 24-də lirənin ABŞ dollarına qarşı məzənnəsində də tarixi minimuma qeydə alınıb. Belə ki, dollar 8,8995 lirəyə bərabər olub.

Xatırladaq ki, Azərbaycan Mərkəzi Bankının rəsmi məzənnəsinə görə, hazırda 1 manat 5,2247 lirəyə bərabərdir.