“Liverpul” 16 yaşlı hücumçu transfer etdibackend

“Liverpul” “Derbi Kounti”nun hücumçusu Kayde Qordonu transfer edib.

“Yeni Gündəm” “Sky Sports”a istinadən xəbər verir ki, 16 yaşlı oyunçu ilə müqavilə imzalanıb. Mersisayd təmsilçisi ingilis oyunçu üçün təxminən 3 milyon funt ödəyib.

Qordon “Derbi Kounti”nin əsas komandasında 1 matçda oynayıb. Futbolçu “İnstaqram” səhifəsində “Liverpul”la müqavilə imzaladığı bir fotoşəkil paylaşıb.