“Liverpul”un əfsanəsi koronavirusa yoluxdubackend

Əfsanəvi şotlandiyalı futbolçu və məşqçi Kenni Dalqliş koronavirusa yoluxub.

“Yeni Gündəm” “REN TV”yə istinadən bildirir ki, bu barədə İngiltərənin “Liverpul” futbol komandasının mətbuat xidməti məlumat yayıb.

69 yaşlı Dalqliş çərşənbə günü xəstəxanaya yerləşdirilib.

Klubdan bildirilib ki, Britaniya futbolunun əfsanəsində COVID-19 simptomları olmayıb, lakin onu testdən keçiriblər.

“Gözlənilməzdir, amma testin nəticəsi müsbət oldu, xəstəlik simptomlarsız keçir”, – məlumatda qeyd edilir.