Liz Trassın Britaniyanın Baş naziri seçilməsi Bakıya nə vəd edir?backend

“Hakim Mühafizəkarlar Partiyasının sədri seçilən və deməli Baş nazir kürsüsünə yiyələnən Liz Trass Boris Consonun xarici və təhlükəsizlik siyasətini davam etdirəcək”.

“Yeni Gündəm” xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu bildirib.

Politoloq qeyd edib ki, Lizz Trass Boris Consonun kabinetində xarici işlər naziri olarkən patronun təlimatlarını yerinə yetirirdi: “Londonun ABŞ-la strareji müttəfiqliyində və Ukraynaya dəstəyində sapmalar olmayacaq. London Ankara və Bakı ilə də ənənəvi tərəfdaşlığını davam etdirəcək. Baş nazir Trassın hind mənşəli əsas rəqibi və keçmiş maliyyə naziri Rişi Sunak seçilsəydi də Londonun xarici və təhlükəsizlik siyasətində heç nə dəyişməyəcəkdi. Sadəcə, hind mənşəli siyasətçinin Böyük Britaniyanın baş nazir seçilməsi ABŞ-da qaradərili Barak Obamanın seçilməsi qədər böyük hadisə olacaqdı”.