Ukraynanın yazda uğur qazanmaq şansı çox yüksək olacaq.Yazda Ukraynanın uğurlu əks-hücum üçün “çox yaxşı şansları” var.
“Yeni Gundem” xəbər verir ki, bu sözləri ABŞ-ın müdafiə naziri Lloyd Ostin Senatda keçirilən iclasda bildirib.
Ostinin sözlərinə görə, son vaxtlar cəbhə xəttinin hər iki tərəfdə dəyişməsinə və “hazırda Baxmut bölgəsində ciddi döyüşlərin getməsinə” baxmayaraq, Ukrayna indi Rusiya qüvvələri üzərində “əhəmiyyətli üstünlüyə malikdir”.
“Ukraynalılar ruslara əhəmiyyətli itkilər verdilər və öz zireh ehtiyatlarını heç kimin ağlına belə gətirmədiyi şəkildə tükətdilər. İndi biz Rusiyanın T-54 və T-55 tanklarını ukraynalıların verdiyi itkilərin səviyyəsinə görə anbardan çıxardığını görürük”, – Ostin bildirib.
O qeyd edib ki, bununla bağlı Rusiyanın resursları, o cümlədən artilleriya mərmiləri tükənmək üzrədir və bu səbəbdən İran və Şimali Koreyadan kömək istəmək məcburiyyətindədir.
“Ona görə də düşünürəm ki, yazda manevr şəraiti yaxşılaşdıqca, həmçinin artıq gördüklərimizə və davam etdirdiyimiz işlərə əsaslanaraq döyüş əməliyyatlarının intensivləşməsini müşahidə edəcəyik. Düşünürəm ki, Ukraynanın uğur qazanmaq üçün çox yaxşı şansları olacaq”, Ostin bildirib.
Fərahim Rəhimov