“Loqos” Psixoloji və Nitq İnkişaf Mərkəzinin Qazax rayonunda növbəti filialı istifadəyə verilibbackend
“Loqos” Psixoloji və Nitq İnkişaf Mərkəzinin dekabrın 24-də Qazax rayonunda növbəti filialı açılıb.
“Yeni Gundem” xəbər verir ki, bu münasibətlə açılış tədbiri keçirilib. Tədbirdə “LOQOS” Psixoloji və Nitq İnkişaf Mərkəzinin təsisçisi və rəhbəri, Psixoloji Xidmət və Tədqiqatlar Mərkəzi” İctimai Birliyi idarə heyətinin sədri, psixologiya üzrə fəlsəfə doktoru Təranə Paşayeva, Qazax Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Məmməd Alıyev, RİH başçısı aparatında Aparıcı məsləhətçi-Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın uşaqlarla iş üzrə məsləhətçi-psixoloqu Kəmalə Cəfərova, “LOQOS” Psixoloji və Nitq İnkişaf Mərkəzinin rəhbər müavini Aygün Namazova, Mərkəzin əməkdaşları və rayon sakinləri iştirak ediblər.
Filialın rəmzi açılışını bildirən qırmızı lent kəsildikdən sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Torpaqlarımızın azadlığı uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
“LOQOS” Psixoloji və Nitq İnkişaf Mərkəzinin təsisçisi və rəhbəri Təranə Paşayeva çıxış edərək tədbir iştirakçılarını salamlayıb, qarşıdan gələn 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə səmimi təbriklərini çatdırıb. Əlamətdar bir gündə, Müzəffər Ali Baş Komandan İlham Əliyevin doğum günündə Qazax filialının istifadəyə verilməsini qürurla qeyd edən T.Paşayeva “LOQOS” ailəsi olaraq ölkə başçısını təbrik edib, ünvanına səmimi arzularını çatdırıb. “LOQOS” ailəsi olaraq fəaliyyətə başladığı ilk gündən dövlətin, ölkə Prezidentinin siyasətini dəstəklədiklərini, öz əməli işləri ilə töhfə verməyə çalışdıqlarını qeyd edib. Qazax filialının açılmasından söz açan Mərkəz rəhbəri burada yaşayan sakinlərə psixoloji dəstəklə yanaşı, Qazaxdan olan peşəkar kadrların hazırlanması sahəsində də töhfə vermək olduğunu söyləyib. Gələcək fəaliyyətlərində filialın əməkdaşlarına uğurlar arzulayıb. Qazaxda aparılan quruculuq işlərindən söz açan T.Paşayeva bu işlər sayəsində Qazaxın nümunəvi bölgələrdən birinə çevrildiyini söyləyib və buna görə rayon rəhbərliyinə razılığını ifadə edib.
Qazax Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Məmməd Alıyev çıxış edərək tədbir iştirakçılarını və qonaqları rayon rəhbərliyinin adından salamlayıb, 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə təbrik edib, xoş arzularını çatdırıb. 44 günlük Vətən müharibəsində Azərbaycan xalqına tarixi Qələbə bəxş edən Müzəffər Ali Baş Komandan İlham Əliyevi doğum günü münasibətilə qazaxlılar, ziyalılar adından təbrik edib, ünvanına xoş arzularını səsləndirib. Yeni fəaliyyətə başlayan “LOQOS” Psixoloji və Nitq İnkişaf Mərkəzinin Qazax filialının əməkdaşlarına gələcək işlərində uğurlar arzulayıb, rayonda belə bir Mərkəzin açılmasına görə “LOQOS” ailəsinə minnətdarlığını bildirib.
Müavin Aygün Namazova çıxış edərək tədbir iştirakçılarını salamlayıb, “LOQOS” ailəsini Qazaxda sayca 11-ci filialını açması münasibətilə təbrik edib, filialın kollektivinə uğurlar arzulayıb.
“LOQOS” Psixoloji və Nitq İnkişaf Mərkəzinin Qazax filialının rəhbəri Günay Hüseynova çıxış edərək səmimi ürək sözlərini bölüşüb, rəhbərlik etdiyi filialın digər filiallar kimi hər zaman nümunəvi olması, “LOQOS” ailəsinin adına uyğun şəkildə fəaliyyət göstərməsi üçün böyük səylə çalışacaqlarını qeyd edib. 44 günlük Vətən müharibəsindən söz açan G.Hüseynova müharibədən 2 il ötməsinə baxmayaraq “LOQOS” ailəsi olaraq şəhid ailələrinə, qazilərimizə daim dəstək göstərdiklərini söyləyib. Açılış münasibətilə Qazax filialında 1 ay müddətində konsultasiyaların ödənişsiz şəkildə olacağını qeyd edib.
Sonra tədbir iştirakçıları filialda yaradılan şəraitlə tanış olublar. Sonda açılış münasibətilə tort kəsilib, uşaqlara hədiyyə təqdim olunub və xatirə şəkilləri çəkdirilib.
Qeyd edək ki, 2014-cü ildən etibarən fəaliyyətə başlayan, ölkəmizin ən böyük psixologiya mərkəzi olan “Loqos” Psixoloji və Nitq İnkişaf Mərkəzi artıq 8 ildir ki, vətəndaşlarımızın xidmətindədir. Mərkəz qısa zamanda gərəkli olduğunu təsdiqləmiş, intellektual-maarifçi fəaliyyəti ilə əhali arasında tanınmışdır. Hazırda Mərkəz respublika ərazisində psixoloji, psixo-pedaqoji, loqopedik, refleksoloji, müalicəvi idman, duyubütünləmə və digər sahələrdə yüksək səviyyəli kompleks iş aparır. Hər bir Mərkəzdə ali təhsilli, peşəkar, təcrübəli, klinik psixoloq, psixoloq, psixopedaqoq, loqoped, psixoterapevt, refleksoloq, idman mütəxəssisləri çalışır və Azərbaycanın ən böyük psixoloji Mərkəzlərindən biri kimi vahid ailə şəklində fəaliyyətini davam etdirir.
 Açıklama yok.
Açıklama yok.
Açıklama yok.
Açıklama yok.
Açıklama yok.