Loqotip və reytinq təşkilatına dair tələbləri pozan audiovizual yayımçılar cərimələnəcəkbackend

Audiovizual media subyektlərinin redaksiyasının loqotipinin (embleminin) Audiovizual Şuranın razılığı olmadan dəyişdirilməsinə görə vəzifəli şəxslər dörd yüz manatdan altı yüz manatadək məbləğdə, hüquqi şəxslər səkkiz yüz manatdan min manatadək məbləğdə cərimə ediləcəklər.

Bu, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin iclasının gündəliyinə daxil edilən İnzibati Xətalar Məcəlləsinə təklif edilən dəyişiklikdə əksini tapıb.

Dövlət büdcəsindən maliyyələşən audiovizual yayımçılar (sfarişli yayım xidməti istisna olmaqla) tərəfindən auditoriya həcmini reytinq ölçən təşkilat vasitəsilə müəyyənləşdirilməsinin təmin edilməməsinə görə vəzifəli şəxslər min manatdan min beş yüz manatadək, hüquqi şəxslər iki min manatdan dörd min manatadək məbləğdə cərimələnəcəklər.