Los-Ancelesdə azərbaycanlılara hücum edən ermənilərin məhkəməsinin təfərrüfatıbackend

Los-Ancelesdə azərbaycanlılara hücum edən ermənilərin məhkəməsinin təfərrüfatları məlum olub.

2020-ci il iyulun 21-də Azərbaycanın Los-Ancelesdəki Baş Konsulluğunun binasını mühasirəyə alan ermənilər Azərbaycan əleyhinə təxribat xarakterli şüarlar səsləndirərək aksiya keçiriblər.

Ermənilər bununla yanaşı, özünəməxsus tərzdə soydaşlarımıza qarşı zorakılıq və təcavüzə əl atıblar.

İnsidentdən dərhal sonra Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi (Azərbaycan Respublikasının Los-Ancelesdəki Baş Konsulluğu vasitəsilə) zorakılıq törətmiş yerli ermənilərin məsuliyyətə cəlb olunması üçün rəsmi prosesə başlamaq məqsədilə azərbaycanlılarla əlaqə saxlayıb.

İlk günlərdən məlum olub ki, yerli idarəçilik orqanları siyasi səbəblərdən yerli erməni diasporunun üzvlərinə qarşı cinayət işinin başlanmasında maraqlı deyildi. Bu prosesdə yerli siyasi dairələr vasitəsilə istintaq orqanlarına təzyiq göstərən erməni icmasının nümayəndələri də mühüm rol oynayıblar.

Buna baxmayaraq, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin səyləri nəticəsində nəhayət məhkəmənin yekun qərarları ilə iki etnik erməniyə qarşı cinayət işi başlandı və onlara qarşı qərar çıxarıldı.

Erik Hakobyan (mitinq zamanı hökumət rəsmisinə hücum etdiyinə görə, Los-Anceles, Kaliforniya yerli məhkəməsinin qərarı, 15 iyun 2021-ci il)

– Ştat Cinayət Məcəlləsinin 242-ci maddəsinə əsasən 12 ay müddətinə azadlıqdan məhrum etmə növündə cinayət məsuliyyəti – Əgər bu müddət ərzində məhkum hər hansı, hətta azyaşlı cinayət törətdikdə, məhkəmənin hökmü ilə yerdə qalan müddəti cəzaçəkmə müəssisəsində çəkməyə məcbur edilir;

– Silahların əldə edilməsi, saxlanması və/və ya gəzdirilməsinin qadağan edilməsi;

– Hücumun qurbanına bütün xərclərin ödənilməsi.

Hovanes Sukasyan (etirazçıya hücum etdiyinə görə; Los-Anceles, Kaliforniya yerli məhkəməsinin 29 mart 2023-cü il tarixli qərarı)

– Ştat Cinayət Məcəlləsinin 422.6-cı maddəsinin “a” bəndinə əsasən Azərbaycanlıya qarşı nifrət cinayəti törətməkdə ittiham olunub;

– 12 ay şərti azadlıqdan məhrum etmə növündə cinayət məsuliyyəti – bu müddət ərzində məhkum hər hansı, hətta kiçik cinayət törətsə, məhkəmənin hökmü ilə qalan müddəti həbs yerlərində çəkməyə məcbur ediləcək;

– 90 saat ictimai iş;

– 20 saatlıq qəzəbi idarə etmə təlimi;

– Hücumun qurbanına bütün tibbi və digər xərclərin ödənilməsi;

– Əlavə olaraq, 1000 ABŞ dolları məbləğində cərimə ödənilməsi;

– Bir qayda olaraq, məhkumun qərarın qüvvədə olduğu müddətdə ştatın ərazisini tərk etməsi qadağandır.

Göründüyü kimi, Los Ancelesin yerli erməni icmasının məsələni “ört-basdır etmək” üçün çoxsaylı cəhdlərinə baxmayaraq (siyasi, qanunvericilik və məhkəmə hakimiyyətinə böyük təsir göstərdiyinə görə), Azərbaycan tərəfinin ardıcıl və prinsipial mövqeyi ABŞ qanunları əsasında hücumun iki əsas iştirakçısının cinayət məsuliyyətinə cəlb olunması ilə nəticələnib.