Lotu Quli harada dəfn olunacaq?backend

Kriminal aləmdə “Lotu Quli” kimi tanınan Nadir Səlifov Bakıda son mənzilə yola salınacaq.

“Yeni Gündəm” xəbər verir ki, N.Səlifov Bakıxanov qəbiristanlığında (Razin) atasının məzarının yanında dəfn ediləcək.

Qeyd edək ki, N.Səlifov bu axşam Türkiyədə güllə ilə başından vurulub. O xəstəxanaya çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb.

Qətli törədən şəxsin “Lotu Quli”nin yaxın çevrəsindən olan Xan Əhmədlinski olduğu bildirilir.

1972-ci il təvəllüdlü Nadir Səlifov Gürcüstanda doğulub.

O, 2005-2017-ci illərdə Azərbaycanda həbsdə olub. Həbsdən azad olunduqdan sonra Türkiyəyə gedib. 2018-ci ildə Türkiyədən deportasiya edilsə də, sonradan qaçaq yollarla yenidən Türkiyəyə qayıdıb.Lent.az