“Lotu Quli” klanı adından xərac yığan azərbaycanlı Peterburqda tutuldubackend

Rusiyanın Sankt-Peterburq şəhərində 38 yaşlı Sərxan Əsədov saxlanılıb.

Xüsusi əməliyyat qrupu onu şəhərin Kronştadt küçəsində saxlayıb və dərhal avtomobilində axtarış aparıb. Avtomoildən “Smith Wesson SW9VE” markalı tapança və iki dolu daraq aşkarlanıb.

İlkin araşdırmalar zamanı məlum olub ki, Əsədov 3 il öncə Peterburqdan deportasiya edilibmiş. O, sonradan Musayev adlı şəxsə məxsus saxta pasportla şəhərə qayıda bilib

İlkin dindirmə zamanı o da məlum olub ki, Sərxan Əsədov “Lotu Quli” klanına yaxın şəxs sayılır. O, Peterbruqda ticarətlə məşğul olan azərbaycanlılardan Quli klanı adına xərac yığırmış.

Sfera.az