Lotu Qulinin varisi kimi tanınan kriminal avtoritet tutuldubackend

Rusiyanın Kamçatka diyarında azərbaycanlı kriminal avtoritet Cəmşir Məmmədov saxlanılıb.

“Yeni Gündəm”-in xəbərinə görə, C.Məmmədov Lotu Qulinin varisi Namiq Səlifovun adamı kimi tanınır. “Brodyaqa” ləqəbli Məmmədov Ukraynada həbs həyatı yaşayıb.

2021-ci ilin sentyabrında isə Sankt-Peterburqa köçüb. Həmin vaxt o, xüsusi tapşırıq alıb. Namiq onu Kamçatkaya göndərərək yarımadada nəzarəti ələ keçirməyi tapşırıb.

Cəmşir Məmmədov 2021-ci ilin dekabrında Kamçatkaya gəlib və orada “qara kassa” yaradıb. Sahibkarları ona külli miqdarda pul verməyə məcbur edib.

Hazırda C. Məmmədov Kamçatkada təcridxanada saxlanılır.

Lent.az