Luis Valtuenya Beynəlxalq humanitar fotoqrafiya mükafatı 2021” elan olunubbackend

Həvəskar və peşəkar fotoqraflar arasında “Luis Valtuenya Beynəlxalq humanitar fotoqrafiya mükafatı 2021” elan olunub.

“Yeni Gündəm” xəbər verir ki, müsabiqə İspaniyanın “Medicos del Mundo” təşkilatı tərəfindən təşkil edilib.
Hər iştirakçı ən azı 5 və çoxu 10 fotoşəkil təqdim etməlidir. Müsabiqə sağlamlıq, təbii fəlakətlər, humanitar fəaliyyət, beynəlxalq əməkdaşlıq, sosial təcrid, insan haqlarının pozulması, silahlı qarşıdurmalar, həssas qruplar, qaçqın və ya miqrant əhalisi nominasiyaları üzrə keçiriləcək.
Təqdim olunan fotoşəkillər 2020-2021-ci illər arasında çəkilmiş olmalıdır.

Birinci yerin qalibinə 6 min avro və “Leica Q2” professional fotokamerası veriləcək.
Müsabiqə haqqında ətraflı məlumat almaq və müraciət etmək üçün https://premioluisvaltuena.org/en/open-call/ linkinə daxil ola bilərsiniz.