Lukaşenko 2023-cü ilin necə olacağını deyibbackend

Belarus prezidenti Aleksandr Lukaşenko Sankt-Peterburqun mərkəzində yerləşən Boris Yeltsin adına Prezident Kitabxanasında keçirilən MDB ölkələri liderlərinin qeyri-rəsmi görüşünə gəlib.

“Yeni Gundem” xəbər verir ki, bu barədə Belarusun “BelTA” agentliyi məlumat yayıb.

Agentliyin məlumatına görə, MDB dövlət başçılarının qeyri-rəsmi görüşünə gəldikdən sonra Lukaşenko 2023-cü ilin necə olacağı ilə bağlı sualı cavablandırıb.

“Çox uğurlu il olacaq. Narahat olmayın, hərşey yaxşı olacaq”, – o,deyib.
Dekabrın 26-27-də Sankt-Peterburqda MDB ölkələri liderlərinin qeyri-rəsmi sammiti planlaşdırılır.

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskovun sözlərinə görə, qeyri-rəsmi sammitdə Azərbaycan prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyanın iştirakı gözlənilir.

Ayşən