Lukaşenko Azərbaycana yola düşdübackend

Belarus Prezidenti Aleksandr Lukaşenko Azərbaycana rəsmi səfərə yola düşüb.

“Yeni Gündəm” xəbər verir ki, bu barədə “Belta.by” agentliyi məlumat yayıb.

Səfər çərçivəsində Lukaşenko Prezident İlham Əliyevlə görüşəcək.

Prezidentlər Azərbaycan – Belarus münasibətlərinin əsas istiqamətlərini və ikitərəfli əməkdaşlığın strateji məsələlərini müzakirə edəcəklər.

“Əsas diqqət ticarət-iqtisadi qarşılıqlı əlaqələrin genişləndirilməsinə və əməkdaşlığın inişaf etdirilməsinə yönəldiləcək. Tərəflər sənaye kooperasiya məsələlərini, qida istehsalı və tədarükü, kənd təsərrüfatı məhsullarının emalı ilə bağlı cari və gələcək layihələrin həyata keçirilməsini nəzərdən keçirəcəklər”,-deyə Belarus Prezidentinin mətbuat xidmətinin ötən gün yayımlanan açıqlamasında qeyd olunub.