Lukaşenko: “İstəsəniz, yeni prezident, parlament seçkiləri keçirilə bilər”backend

Belarus Prezidenti Aleksandr Lukaşenko ölkədə yeni prezident seçkilərinin keçirilə biləcəyini deyib.

“Yeni Gündəm” “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, A. Lukaşenko bildirib ki, yeni Konstitusiya qəbul edildikdən sonra prezident seçkiləri yenidən keçirilə bilər.

“Yoldaşlar, bu belə olacaq. Sizin də istədiyiniz kimi, yeni Konstitusiyanı qəbul etməliyik Hətta alternativ qüvvələr də buna qarşı deyil. Yeni Konstitusiya isə referendumda qəbul olunmalıdır. Sonra istəsəniz, yeni prezident, parlament, yerli hakimiyyət orqanlarına seçkilər keçirilə bilər”, – deyə o bildirib.APA