Lütfi Zadənin 100 illiyinə həsr olunmuş videokonfrans təşkil edilib – Fotolarbackend

Diasporla İş üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə görkəmli elm xadimi, qeyri-səlis məntiq nəzəriyyəsinin banisi, Azərbaycan Milli Elmlər Akademiyasının fəxri üzvü, professor Lütfi Zadənin anadan olmasının 100 illiyinə həsr edilmiş videokonfrans keçirilib.

Komitədən “Qafqazinfo”ya bildirilib ki, videokonfransda Diasporla İş üzrə Dövlət Komitəsinin sədr müavinləri Elşad Əliyev, Valeh Hacıyev, Vaqif Seyidbəyov, Azərbaycan, Türkiyə, Yaponiya, Çin, Böyük Britaniya, Rusiya, Almaniya, Fransa, Avstraliya, Niderland və digər ölkələrdə yaşayan azərbaycanlı elm xadimləri, Azərbaycan diaspor təşkilatlarının, kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak ediblər.

Tədbir AMEA-nın müxbir üzvü, “Lütfi Zadə irsi və süni intellekt” Assosiasiyasının prezidenti, texnika elmləri doktoru Rafiq Əliyev və Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin müəllimi, texnika elmlər doktoru Oleq Hüseynovun moderatorluğu ilə keçib.

Tədbiri giriş sözü ilə Dövlət Komitəsinin sədr müavinləri Valeh Hacıyev və Elşad Əliyev açaraq qonaqları salamlayıblar. Bildirilib ki, elmə böyük diqqət və qayğı ilə yanaşan Azərbaycan Prezidenti ölkəmizdə görkəmli alim Lütfi Zadənin 100 illiyinin keçirilməsi haqqında sərəncam imzalayıb.

Lütfi Zadənin ömür yolu və elmi yaradıcılığı ilə həmvətənlərinin fəxr duyduğu, tarixi Vətəninə çox bağlı olduğu, öz vəsiyyətinə görə Bakıdakı Fəxri Xiyabanda dəfn edildiyi nəzərə çatdırılıb.

Sonra Lütfü Zadənin ömür yoluna və elmi yaradıcılığına həsr olunmuş videoçarx nümayiş etdirilib.

image-l3 image-l2