Maduro telefon nömrəsini paylaşdı: “Məni qruplarınıza əlavə edin” – VİDEObackend

Venesuela Prezidenti Nikolas Maduro nömrəsini elan edərək, həmvətənlərini onu mesajlaşmalardakı söhbətlərə əlavə etməyə çağırıb.

Lenta.ru-nun məlumatına görə, müvafiq bəyanat dövlət başçısı tərəfindən “Twitter”də yayımlanıb.

O, Venesuela ilə bağlı həqiqətlər uğrunda “Telegram” və “WhatsApp”da mübarizəyə qoşulduğunu vurğulayıb.

“Budur mənim telefon nömrəm – 04262168871, məni qruplarınıza daxil edin”, – deyə o, yazıb.