Magistrala çıxan piyada xəstəxanalıq oldu – VƏZİYYƏTİ AĞIRDIRbackend

Hacıqabulda avtomobil piyadanı vurub.

“Yeni Gundem” -in Mil-Muğan bürosunun məlumatına görə, hadisə avqustun 5-də səhər saatlarında Bakı-Qazax magistralının Hacıqabul rayonu Pirsaat kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. “VAZ 21099” markalı avtomobil yolu keçmək istəyən Hacıqabul rayonu Nəvahi kənd sakini, 1988-ci il təvəllüdlü Cəfərov Kənan Azadxan oğlunu vurub. Piyada ağır kəllə-beyin və çoxsaylı sınıqlarla Şirvan şəhər xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib. Faktla bağlı araşdırma aparılır.

Yeni Gundem.Az