Mahir Xəttabın məhkəməsi keçirildibackend

Nəsimi Rayon Məhkəməsində hədə-qorxu ilə tələb etməkdə təqsirləndirilən “Azadinfo.az” MMC-nin təsisçisi Mahir Ələkbərovun (Xəttab) cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

Hakim Azər Tağıyevin sədrliyi ilə keçirilən prosesdə sənədlər tədqiq edilib.

Məhkəmədə bildirilib ki, Yeni Azərbaycan Partiyasının Binəqədi rayon təşkilatının sədri vəzifəsini icra etmiş Ramiz Göyüşov iclasda iştirak etməyib. Onun məhkəməyə ərizə göndərdiyi məlum olub. Ərizədə göstərib ki, səhhəti ilə bağlı məhkəməyə gələ bilmədiyi üçün proses onun iştirakı olmadan keçirilsin.

Daha sonra M.Ələkbərovun vəkili Araz Nurməmmədov növbəti iclasda R.Göyüşovun iclasda iştirak etməsinin təmin olunmasını istəyib: “Ona veriləcək suallar var”.

Növbəti proses yanvarın 14-nə təyin olunub.