“Mak Marin LTD” şirkəti fəaliyyətini uğurla davam etdirirbackend

Covid-19 pandemiyasının hökm sürdüyü bu çətin vaxtda əsas problemlərdən biri də insanların işlə təmin edilməsidir.
“Yeni Gündəm” xəbər verir ki, “Mak Marin LTD” şirkəti bu çətin günlərdə bir çox işsiz vətəndaşların işlə təmin edilməsini həyata keçirir.
Qeyd edək ki, may ayının 20-dən bu günə qədər vətəndaşlardan müraciətlər daxil olur:
“Həmin vətəndaşlar peşə və ixtisaslara layiq, təcrübəli, yüksək səviyyəli ixtisasçılardır. Montajçı, qaynaqçı, elektrik, fəhlə və digər ixtisas sahibləridir.Bölgələrimizdə yaşayan vətəndaşlarımız var ki, ali təhsil ala bilmirlər, ixtisas peşəsi öyrənə bilmirlər.Bizlərdə bunu nəzərə alaraq,tədris mərkəzimizdə vətəndaşlara kurslar keçirik.Ölkəmizdə yaşayan elə insanlar düşünürlər ki, işsizlikdi. “MAK MARİN LTD” şirkəti olaraq deyə bilərik ki, işsizlik problemi yoxdur.
Qeyd edək ki, iş yerlərinə iki gün ərzində 100 işçi təqdim edən “Mak Marine LTD” şirkəti bu sayı artırmaqda davam edir.
“Mak Marin LTD” şirkətinin rəhbəri Mətanət Süleymanzadə qeyd etdi ki, hər zaman vətəndaşların işlə təmin olunması üçün əlimdən gələni edəcəm.
İş adamı Mətanət Süleymanzadə hər zaman xeyriyyəçilik işləri ilə də seçilib, öndə olanlardan olub.
“MAK MARİN LTD” şirkəti olaraq artıq bir neçə ildir ki, xeyriyyəçilik aksiyaları həyata keçiririk.
Xeyriyyəçilik fəaliyyəti insanlara məhəbbətdən, bəşəri dəyərlərə hörmətdən doğmalıdır.